Tehranda ABŞ-la danışıqlar fonunda İran siyasi elitası daxilində parçalanma kəskinləşib. Bu barədə “Kommersant” məlumat yayıb.
Məlumata görə, iqtisadi böhran və hərbi qarşıdurma riski müxtəlif siyasi qruplar arasında ziddiyyətləri artırır.
Bildirilir ki, İran prezidenti Məsud Pezeşkian və onun tərəfdarları iqtisadi çöküşdən qaçmaq üçün ABŞ-la danışıqları zəruri hesab edir.
Digər tərəfdən, SEPAH komandiri Əhməd Vahidi başda olmaqla “şahinlər” hərbi xəttin davam etdirilməsində israr edir.
Bundan əlavə, münaqişəyə Yəmən husiləri də qoşulub, rəsmi Tehran isə özünümüdafiə mövqeyini vurğulayıb.
Qeyd olunur ki, yaranmış vəziyyət diplomatik perspektivləri çətinləşdirir və region üçün yeni risklər yaradır.

