İranda ali rəhbər Əli Xameneinin ölümündən sonra ölkə rəhbərliyində daxili fikir ayrılıqları güclənib.
Bu barədə Reuters agentliyi Tehrandakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, parçalanma xüsusilə İran prezidenti Məsud Pezeşkianın Fars körfəzi ölkələrindən üzr istəməsindən sonra daha da açıq şəkildə üzə çıxıb.
Agentlik bildirir ki, mərhum ali rəhbərin oğlu Müctəba Xamenei SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) dəstəklədiyi əsas namizədlərdən biri hesab olunur.
Lakin mənbənin sözlərinə görə, onun namizədliyi siyasi təcrübəsinin az olması və kifayət qədər dini nüfuzunun olmaması səbəbindən ölkə elitasında ciddi mübahisələrə səbəb olur.

