ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs razılaşması və münaqişənin nizamlanması üzrə qarşıdakı danışıqlar fonunda Yaxın Şərqdə “qızıl dövrün” başlayacağını vəd edib.
“Bütün dünya üçün böyük gündür! İran bunun baş verməsini istəyir, onların artıq kifayətdir! Digərlərinin də! ABŞ Hörmüz boğazındakı tıxacın aradan qaldırılmasına kömək edəcək. Çoxlu müsbət addımlar olacaq! Böyük pullar qazanılacaq. İran bərpa prosesinə başlaya biləcək. (...) Bu, Yaxın Şərq üçün qızıl dövrə çevrilə bilər!” — deyə Donald Tramp Truth Social platformasında yazıb.
O əlavə edib ki, ABŞ “hər şeyin düzgün getdiyinə əmin olmaq üçün yanında olacaq”.
“Mən əminəm ki, belə də olacaq”, — deyə Tramp vurğulayıb.

