ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlar aparmaq üçün artıq “çox gecdir”. O, bu barədə Truth Social platformasında yazıb.
Trampın sözlərinə görə, Tehran artıq həm rəhbərliyini, həm də əsas hərbi imkanlarını itirib.
“Onların hava hücumundan müdafiəsi, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və rəhbərliyi artıq yoxdur. İndi danışmaq istəyirlər. Mən dedim: "Çox gecdir!’” – deyə ABŞ lideri qeyd edib.

