ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazı ilə bağlı açıqlamasına münasibət bildirib.
O qeyd edib ki, İran boğazın tam açıldığını və gəmilərin sərbəst keçidinə hazır olduğunu elan edib.
“İran indicə bəyan etdi ki, boğaz tam açıqdır və gəmilərin tam keçidi üçün hazırdır. Təşəkkür edirəm!”, — deyə Tramp yazıb.
Xatırladaq ki, daha əvvəl Tehran Livandakı atəşkəs müddətində Hörmüz boğazının bütün ticarət gəmiləri üçün açıldığını açıqlamışdı.

