ABŞ Prezidenti Donald Tramp hesab edir ki, döyüş əməliyyatları başa çatdıqdan sonra Hörmüz boğazında gəmiçilik bərpa olunacaq.
“Boğaz təbii şəkildə açılacaq”
Tramp xalqa müraciətində bildirib ki, ABŞ bu marşrut vasitəsilə demək olar ki, neft idxal etmir.
Onun sözlərinə görə, boğazın təhlükəsizliyini təmin etmək məsuliyyəti əsasən bu marşrutdan neft alan ölkələrin üzərinə düşür.
“Bu, həmin ölkələr üçün sadə bir vəzifədir”, Tramp bildirib.

