İsrailin bir sıra şəhərlərində axşam saatlarında hökumətə qarşı aksiyalar başlayıb. Etirazçılar Baş nazir Benyamin Netanyahu rəhbərliyindəki Nazirlər Kabinetinin siyasətinə qarşı çıxırlar. Haaretz qəzetinin məlumatına görə, aksiyalar Qüds, Təl-Əviv və Hayfa şəhərlərində keçirilir. Nəşr bildirir ki, iştirakçılar 2023-cü il oktyabrın 7-də Qəzza sektorundan HƏMAS silahlı qruplarının İsrailə hücumu ilə bağlı hadisələrin səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradılmasını tələb edirlər. Təl-Əvivdə aksiya Mübarizə Təşkilatları Forumu adlı yeni birlik və HƏMAS hücumu zamanı həlak olanların ailələrini birləşdirən Oktyabr Şurası tərəfindən təşkil olunur, deyə Haaretz qeyd edir.
Netanyahunun siyasətinə qarşı küçələrə çıxdılar
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

