İranın ən böyük şəhərlərində minlərlə insanın iştirak etdiyi aksiyalar keçirilib. Bu barədə “Politika Strany” Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, aksiya iştirakçıları ABŞ və İsrail ilə hərbi qarşıdurmanın davam etdirilməsinə çağırış ediblər.
Məlumata görə, aksiyalar ordu və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) geniş dəstəyi ilə keçirilir.
Şahidlərin sözlərinə görə, küçələrə toplaşan insanlar belə şüarlar səsləndiriblər:
“Biz Hüseynin millətiyik, kompromis qəbul etmirik.”

