ABŞ İrandan nüvə silahı yaratmaq niyyətində olmadığına dair yazılı bəyanat gözləyir. Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ağ Ev rəhbəri İranla razılaşmanın əldə olunması üçün yaxşı imkanların olduğunu bildirib.
Onların düşündüyü son şey nüvə silahıdır. İndi isə bunu yazılı formada ifadə etməlidirlər,— deyə Tramp bildirib.

