ABŞ İranın nüvə obyektlərini bombalamasaydı, Tehran dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi.
Denmedia.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
ABŞ prezidenti amerikalı jurnalist Mark Levinə müsahibəsində İranın nüvə obyektlərinə iyunda endirilən zərbələri şərh edərkən deyib: “Yeri gəlmişkən, məncə, onların dörd həftə ərzində nüvə silahı olacaqdı”.
Tramp Tehrandakı səlahiyyətlilərin əlində olan nüvə silahlarına işarə edərək, "Onlardan istifadə edərdilər" deyib.Publika.az