Rusiyanın Belçikadakı səfiri Denis Qonçar NATO-nun Ukraynaya Rusiya ərazisinə hücumlar həyata keçirmək üçün öz ərazilərindən, eləcə də dəniz və hava məkanından istifadə imkanı verdiyini iddia edib.
Bu barədə diplomat “RİA Novosti”yə açıqlamasında bildirib.
“Bir sıra NATO üzvləri artıq Kiyevin Rusiyanın mülki infrastrukturuna və əhalisinə qarşı terror hücumları üçün öz ərazilərini, dəniz və hava məkanlarını təqdim etməkdən belə çəkinmirlər”, – Qonçar deyib.
Rusiya səfiri bu vəziyyətin müəyyən əks tədbirlərin, o cümlədən preventiv xarakterli addımların həyata keçirilməsi barədə düşünməyə vadar etdiyini bildirib.

