Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Prezidenti Emoməli Rəhmon oktyabrın 14-də Azərbaycana səfərə gəliblər.
Hər iki dövlət başçısı Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında iştirak edəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan Prezidentini Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Tacikistan Prezidenti Emoməli Rəhmonu isə hava limanında Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

