İsrail Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrail Prezidentini Baş nazirin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.

