may
2024
10:48
113

Paşinyanın yeni "silahı" - Daxili hadisələrə belə müqavimət göstərir

6 may, 2024
10:48
113

Paşinyanın yeni "silahı" - Daxili hadisələrə belə müqavimət göstərir

"Hakimiyyət Ermənistanda vüsət alan daxili siyasi hadisələrə müharibə təhlükəsi ilə müqavimət göstərməyə çalışır".

Globalinfo.az xəbər verir ki, bunu "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan deyib.

"Serj Sarkisyan 2018-ci ildəki çıxışında çətin geosiyasi vəziyyətdə olduğumuz və hansı ciddi nəticələrin gözlənildiyi barədə xəbərdarlıq edəndə hazırki hökumət onu dinləmək istəmədi. Çünki bu, Paşinyanın marağına uyğun deyildi. Onların arzusu güc olmaq idi. Lakin məsuliyyəti öz üzərinə götürmək üçün yox, bundan faydalanmaq məqsədilə gücə çevrilmək istəyirdilər. İndi də vəziyyət eynidir. Paşinyanın mübarizəsi dövlətçilik üçün yox, şəxsi rifah uğrundadır. Ona görə də çaşqınlıq içindədirlər”, - Abramyan vurğulayıb.

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar