Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsində Məişət zorakılığına qarşı mübarizə” və “Gender bərabərliyinin təminatı” mövzusunda tədbir təşkil edilib.
“Den.az” xəbər verir ki, tədbir Abşeron-Xızı Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən 19 nömrəli tam orta məktəbdə keçirilib.
Qəsəbə icra nümayəndəliyinin, Ağsaqqallar şurasının, Bələdiyyə üzvlərinin və məktəb şagirdlərinin iştirakı ilə baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
H.Z qəsəbə bələdiyyəsinin sədri Əsli Qasımova tədbiri açıq elan edərək bildirib ki, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.
Məişət zorakılığının müxtəlif formaları müəyyənləşdirilir. Bu formalara məişət zəminində fiziki zorakılıq, psixi zorakılıq, cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi aiddir.
Ailədə qadınlara qarşı müxtəlif nəzəriyyələr çərçivəsində problemin bir sıra səbəbləri göstərilmişdir. Ən əsas səbəb xarakter uyğunsuzluğudur. Zorakılığ təsiri nəticə qismində müxtəlif səbəblərdən törəyə bilər. Belə səbəblər kimi qısqanclıq, ailənin maddi çətinliklərlə üzləşməsindən törəyən psixoloji gərginlik, nikah bağlamış cütlüklər arasında yaş fərqi (bu daha çox özünü erkən nikahlarda göstərir), zərərli vərdişlərə (spirtli içkilər, narkotika, qumar və s.) aludəçilik göstərilə bilər.
Məişət zorakılığı kifayət qədər geniş yayılmış, çətin həll oluna bilən və ciddi, bəzən də faciəli nəticələrə səbəb olan zərərli həyati situasiyadır. Məişət zəminində törədilən zorakılıq mürəkkəb proses olub istər ayrı-ayrı fərdlər, istərsə də bütövlükdə cəmiyyət üçün ciddi nəticələrə gətirə bilər. Adətən məişət zorakılığına daha çox müdafiəsiz vətəndaşlar kateqoriyası məruz qalır: qadınlar, uşaqlar, ahıllar və əlilliyi olan şəxslər.
Azərbaycanda məişət zorakılığı ilə bağlı dəqiq statistika mövcud deyil. Buna baxmayaraq, onun mövcudluğu aşkar faktdır. Məhz bu səbəbdən ölkədə mövcud problemin qarşısının alınması ilə bağlı kifayət qədər ciddi işlər görülmüş və görülməkdədir. Bu cür hallar qəsəbəmizdədə baş verir. Bu cür halların qarşısını alınması məqsədi ilə qəsəbə icra nümayənəliyi və qəsəbə ağsaqqalları ilə birlikdə qəsəbənin müxtəlif məhəllələrində marifləndirici tədbirlər keçirilir. Mübahisəli ailələrdə ollarla həlli istiqamətində danışıqlar aparırıq.
Məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik iş aparılması və zorakılığ qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqəsdilə Sumqayıt şəhər Hacı Zeynalabdin Bələdiyyəsində gender məsələləri və məişət zorkalığı ilə mübarizəyə dair daimi komissiyalar fəaliyyətə başlayıb. Bələdiyyənin inzibati binasında məişət zorakılığına məruz qalan və ya bu kimi hallara şahid olan , aidiyyatı orqanlara vaxtında müraciət etməyə çəkinən vətəndaşlar üçün xüsusi qutu yerləşdirilib. Həmin qutuya məktubları daxil edən şəxslərin anonimliyi qorunub saxlanılacaq. Məktublara bələdiyyənin daimi komissiyası tərəfindən baxılaraq Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq halların qarşısının alınması məqəsədilə yaradılan monitorinq qrupu və hüquq mühafizə oraqanları ilə birgə lazimi tədbirlər görüləcəkdir.
Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının H.Z qəsəbəsi üzrə icra nümayəndəsi Lalə Hacıyeva çıxış edərək məişət zəminində törədilən zorakılıqla mübarizədə əhali arasında hüquqi maarifləndirmənin vacibliyini vurğulayıb.
Qeyd edilib ki, keçirilən tədbir Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına uyğun olaraq məişət zorakılığına qarşı mübarizə ilə bağlı qəbul edilmiş qanunun və digər normativ sənədlərin təbliği məqsədini daşıyır. Məişət zorakılığının qarşısının alınması nəzəriyyəsi və təcrübəsi göstərir ki, məişət zorakılığı hər zaman gender bərabərliyinin pozulması, adət və ənənə xarakterli münasibətlərin ifrat idrakı, iqtisadi asılılıq və digər amillərin təzyiqi altında yaranır. Ona görə gender bərabərliyinin təminatı, qadınlara qarşı zorakılığın, xüsusən cinayət xarakterli hərəkətlərin qarşısının alınması, məişət zorakılığı faktlarının hüquq pozuntusu kimi tanınması hər bir demokratik dövlətin vəzifəsidir. Məişət zorakılığı müasir cəmiyyət üçün böyük ictimai bəladır, bununla mübarizənin faydalılığı məişət zorakılığı qurbanlarının hüquqi və sosial sahələrdə mühafizə vasitələrinin mövcudluğundan asılıdır.
Mövzu ilə bağlı digər iştirakçılar çıxışlar edərək cəmiyyətdəki məişət zorakılığı problemi ilə bağlı münasibətlərini bildiriblər.Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Nizami Rəsulov
Den.az
Sumqayıtda “ Məişət zorakılığına qarşı mübarizə” və “Gender bərabərliyinin təminatı” mövzusunda tədbir keçirilib-FOTOLAR
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.