Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Den.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Ağsu -Kürdəmir yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.
Şəmkir rayon sakini Əhmədov Şükran Rəvan oğlu idarə etdiyi "Chevrolet" markalı avtomobillə yolu keçmək istəyən piyada, Kürdəmir rayon Çıxımlı kənd sakini, 72 yaşlı İbrahimov Əhmədağa Əlövsət oğlunu vurub.
Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə yolu keçən piyadanı maşın vurub öldürdü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.