29 
iyl
2023
13:20
221

Biləsuvardan səhər-səhər DƏHŞƏTLİ XƏBƏR gəldi - Ölən var

29 iyl, 2023
13:20
221

Biləsuvardan səhər-səhər DƏHŞƏTLİ XƏBƏR gəldi - Ölən var

Biləsuvarda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Den.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi Biləsuvar-Bəhramtəpə avtomobil yolunda, Biləsuvar rayonunun Nəsimi kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun İsmətli kənd sakini, Kənan Cəbrayılov idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə rayonun Nərimankənd kənd sakini 1969-cu il təvəllüdlü Sərxoş Quliyevin idarə etdiyi motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü və sərnişin 2007-ci il təvəllüdlü Rəsul Quluzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar rayon mərkəzi xəstəxanasına aparılıblar. Həkimlərin səylərinə baxmayaraq, S. Quliyevin həyatını xilas etmək olmayıb o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır./Apa/

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar