Avqustun 1-də saat 04:30 radələrində paytaxtın Xətai rayonunda mopedlə Hunday markalı avtomobilin toqquşması nəticəsində ölüm hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən “Den.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən moped oğurluqlarına qarşı keçirilən tədbirlər çərçivəsində dövlət qeydiyyat nişanı olmayan, təhlükəli manevrlər edən mopedə “saxla” işarəsi verilib. “Saxla” işarəsinə məhəl qoymayan moped sürücüsü hərəkətini davam etdirərək “Hyundai” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində mopedin sürücüsü, paytaxt sakini N.Mirzəyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik:
***
Qəza zamanı ölən moped sürücüsünün yeni görüntüləri yayılıb.
Görüntülərdən aydın olur ki, sürücü N.Mirzəyev bundan əvvəl də paytaxt ərazisində moped idarə edən zaman təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını pozaraq digər nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradıb.
Qəzada ölən moped sürücüsünün yeni görüntüləri - Video + Yenilənib
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.