16 
iyl
2023
14:01
195

Polis Sumqayıtda reyd keçirdi , 30-a yaxın mopet sürcüsü saxlanıldı - FOTO

16 iyl, 2023
14:01
195

Polis Sumqayıtda reyd keçirdi , 30-a yaxın mopet sürcüsü saxlanıldı - FOTO

Sumqayıt şəhər polis idarəsi dövlət yol polisi şöbəsinin əməkdaşları moped sürücülərinə qarşı reyd keçirib.

"Den.az" xəbər verir ki, təşkil edilən reyd zamanı 30-a yaxın moped müvəqqəti duracağa yerləşdirilib.

Moped sürücüləri yaranan hala qarşı etirazlarını bildiriblər. Yol polisi tərəfindən həmin sürücülərlə maarifləndirici söhbətlər aparılıb. 

Sumqayıt şəhər polis idarəsi dövlət yol polisi şöbəsindən bildirilib ki, bəzi moped sürücüləri açıq şəkildə cəmiyyətə qarşı hörmətsizlik edib, qayda pozurlar.

Belə ki, işıqforunun qadağanedici işığına məhəl qoymurlar. Sərxoş vəziyyətdə moped idarə edirlər.

Həmin sürücülərə pozduqları qanunlar izah edilib, cərimələr tətbiq olunub. Bu cür tədbirlər bundan sonra da davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar