Sumqayıt şəhərində restoranda yanğın olub.
“Den.az” xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən “Baharlı" restoranında qeydə alınıb.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Ümumi sahəsi 1000 kvadrant metr olan restoranın 70 kvadratmetr sahisində dam örtüyü və tavanının yanar konstruksiyaları yanıb.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində baş vermiş yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır…
Sumqayıtda ailəvi istirahət məkanında yanğın olub: Hadisə yerindən VİDEOREPORTAJ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.