Lənkəranda dəhşətli hadisə...
Lənkəranda 32 yaşlı bir kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Den.az xəbər verir ki, hadisə Girdəni kəndi ərazisində baş verib.
Rayon sakini, 1993-cü il təvəllüdlü Xudaverən Əlizadə balıq tutmaq məqsədilə çaya getmişdi.
O, balıq tutarkən istifadə etdiyi tilov yüksək gərginlikli elektrik xəttinə toxundu. Nəticədə, Xudaverən Əlizadə elektrik cərəyanı vurması səbəbindən hadisə yerində dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.