20 
okt
2023
16:23
209

Lənkəranda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb

20 okt, 2023
16:23
209

Lənkəranda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb -FOTO

Yüksək gərginlikli elektrik xəttləri altında balıq tutan Lənkəran sakinini elektrik cərəyanı vurub. 

Den.az-ın yerli bürosunun verdiyi məlumata görə hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Şəhər sakini 1996 - cı il təvəllüdlü Fərid adlı şəxs, ərazidən keçən 11 metr hündürlükdə yüksək gərginlikli elektrik cərəyanının altında, Girdəniçayda balıq tutmaq istəyib. Bu zaman ərazini və balıq tutan zaman ehtiyatsızlıq edən Fəridi elektrik cərəyanı vurub və o çaya düşüb. O, aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə FHN - nin Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar