Sabirabadda 3 otaqlı ev yanıb, 2 nəfər tüstüdən zəhərlənib.
Bu barədə Den.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonunun Bala Həşimxanlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Məmmədovlar ailəsinə məxsus fərdi yaşayış evinin yanması nəticəsində 1991-ci il təvəllüdlü Məmmədli Həmidə Heydər qızı, 2012-ci il təvəllüdlü Məmmədli Yasəmən Xalid qızı (vəziyyəti ağırdır), 2013-cü il Məmmədova Nərmin Xalid qızı, 2015-ci il təvəllüdlü Məmmədov Nihad Xalid oğlu, 2022-ci il təvəllüdlü Məmmədov Riyad Xalid oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Xalid Ələddin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.