Xaçmazda dəhşətli hadisə qeydə alınıb.
"Den.az" -ın Şimal bürosunun məlumatına görə, Xaçmazda 15 yaşlı Bağırov Elçin Elman oğlu bataqlığa düşüb. Hadisə Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, at belində mal-qara axtaran Niyazabad kənd sakini Elçin Bağırov bataqlığa yıxılıb. Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.
Hadisə ilə əlaqədar olaraq, Niyazabad kənd sakinləri və yaxınları böyük narahatlıq içindədirlər. Axtarış-xilasetmə işləri davam etdirilir.
Nüşabə Nur.