avq
2023
18:55
244

Lənkəranda batan 3 nəfərdən ikisi xilas edilib-FOTO

7 avq, 2023
18:55
244

Lənkəranda batan 3 nəfərdən ikisi xilas edilib-FOTO

Lənkəranda dənizdə 3 nəfər batıb

Den.az-ın yerli bürosunun verdiyi xəbərə görə Lənkəran rayonunun Sütəmurdov kəndində nəzarətsiz çimərlik ərazisində 3 nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. Dərhal əraziyə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilasediciləri cəlb olunub. Görülən tədbirlər nəticəsində Lerik rayon Ambu kənd sakinləri 16 yaşlı Asiman Quluzadə və 22 yaşlı Sadiq Cavad oğlu Rufullayev xilas edilərək aidiyyəti üzrə təhvil veriliblər. Hazırda üçüncü şəxs Lerik rayonunun Bırkandul kənd sakini İsa Teyyub oğlu Əliyevin axtarışları davam etdirilir. 
Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar