Qazaxda zəhərlənmə faktı qeydə alınıb.
Den.az xəbər verir ki, hadisə rayonun N.Nərimanov qəsəbəsində baş verib.
Belə ki, 1959-cu il təvəllüdlü S.Abbasova, 1988-ci il təvəllüdlü A.Abbasova, 2016-cı il təvəllüdlü T.Abbasov və 2018-ci il təvəllüdlü F.Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.