11 
mar
2024
09:00
83

Gədəbəydə 7 nəfər dəm qazından ZƏHƏRLƏNDİ

11 mar, 2024
09:00
83

Gədəbəydə 7 nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Gədəbəydə dəm qazından zəhərlənən şəxlərin kimliyi məlum olub.
 
Den.az-ın məlumatına görə, onlar rayonun Qardağ kənd sakinləri, 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlıdır.
 
Digər zəhərlənən şəxs Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynovdur.
 
Rayonun Gərgər kəndində qeydə alınan daha iki faktda isə 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva dəm qazından zəhərləniblər.
 
Zəhərlənən şəxslərin vəziyyətlərinin kafi olduğu bildirilir.
 
Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.
 
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar