Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Den.az xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.
Hərəkətdə olan evakuator, yolu keçmək istəyən orta yaşlı kişini vurub və piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.
Bu faciəvi qəza ilə bağlı araşdırma aparılır.