Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
”Den.az” xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 517 nömrəli marşrut avtobus yolu keçən piyada 1957-ci il təvəllüdlü Əsgərov Cavanşir İlyas oğlunu vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.