Qobustanda kişi ifrat dərəcədə spirtli içkidən ölüb.
“Den.az” xəbər verir ki, hadisə rayonun Nabur kəndində baş verib.
Kənd sakini 38 yaşlı S.Alpaşayev sərxoş vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, kişi həddən artıq spirtli içki qəbul edib. Nəticədə S.Alpaşayevin ürəyi partlayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.