Bu ölkədə güclü zəlzələ olub.
Den.az xəbər verir ki, Yeni Zelandiya sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri təxminən 57 min əhalisi olan İnverkarqill şəhərindən 301 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə hələki məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Den.az