24 
iyl
2023
13:47
149
Yuxarı
Polislə birgə boğularaq ölən qadın müəllim imiş - FOTO
24 iyl, 2023
13:47
149
Polislə birgə boğularaq ölən qadın müəllim imiş - FOTO
Xəbər verdiyimiz kimi, iyulun 21-də Naxçıvandakı Uzunoba gölündə iki nəfər boğularaq ölüb.
Den.az qafqazinfo-ya istinadən xəbər verir ki, göldə bataraq həyatını itirən 1984-cü il təvəllüdlü Səadət Aslanlı Naxçıvan Musiqi Kollecində müəllim işləyirmiş.
O, 13 yaşlı oğlu Muradın boğulduğunu görərək suya atılıb və özü də boğulmağa başlayıb. Bu zaman gölün sahilində xidmətdən kənar vaxt ailəsi ilə istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən uşağı xilas edib.
Daha sonra uşağın anası S. Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.
Həyatını itirən müəllimin fotosunu təqdim edirik.
Həyatını itirən müəllimin fotosunu təqdim edirik.
Məqaləyə dair fotomateriallar:
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar