Ötən gecə Hacıqabulun Navahı qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən yanğında həyatını itirən yeniyetmələr qəsəbədəki R.Qənbərov adına 2 saylı tam orta məktəbin şagirdləri imiş.
“Den.az” xəbər verir ki, taxta konstruksiyalı barak tipli yataqxanadakı yanğında anaları və nənələri ilə birgə yanaraq ölən 11 yaşlı Elgün Sadıqov altıncı, 13 yaşlı bacısı Zəhra isə yeddinci sinif şagirdi imiş.
Məktəblilərin və yanğında vəfat edən anaları Aybəniz Abışovanın fotosunu təqdim edirik.
Qeyd edək ki, hadisə ikimərtəbəli yataqxananın 1-ci mərtəbəsində tək yaşayan 80 yaşlı Mütəllim Mahmudovun evində başlayıb. Yanğın daha sonra ikinci mərtəbədə Elçin Sadıqovun yaşadığı evə keçib. E. Sadıqov özünü son anda çölə ataraq xilas ola bilib. Lakin onun həyat yoldaşı, oğlu, qızı və həmin gün onlara qonaq gəlmiş qayınanası yanaraq ölüb. Həmçinin yanğının başladığı evin sahibi olan 80 yaşlı kişi də hadisədə həyatını itirib.
Araşdırmalar davam etdirilir.
Hacıqabulda yanaraq ölən ana və övladlarının - Fotosu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.