Bakıda Yaşayış Evində Güclü Partlayış Olub.
Bakının Nəsimi rayonu Hüseyn Seyidzadə 21 ünvanında yerləşən bir yaşayış evində güclü partlayış baş verib.
Bu barədə Den.az-a hadisə şahidləri xəbər verib.
Belə ki, partlayış güclü səs-küylə müşahidə edilib və qısa müddət ərzində yanğına səbəb olub.
Fövqəladə Hallar Nazirliyi (FHN) və digər aidiyyatı qurumlar dərhal hadisə yerinə cəlb olunublar. Hadisənin baş verdiyi ev yanaraq külə dönüb. Xoşbəxtlikdən, indiyə qədər xəsarət alan və ya həyatını itirən şəxslər barədə məlumat yoxdur. Lakin axtarış-xilasetmə işləri davam etdirilir və vəziyyət diqqətlə izlənilir.
Hadisə yerində təhlükəsizlik tədbirləri artırılıb və yaxınlıqda yaşayan sakinlər təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.