Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunda partlayış baş verib, həmin ərazidə fövqəladə vəziyyət elan edilib.
Den.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə çevik reaksiya qüvvələri cəlb edilib, müvafiq qurumlar işləyir.
Ətraf ərazilərdən sakinlərin təxliyəsi həyata keçirilir.
Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki, açıqlanmır.
***
Hərbi hissənin ərazisində baş verən yanğın anbarda saxlanılan döyüş sursatlarının partlaması ilə nəticələnib.
Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Yanğına səbəb kimi partlayıcı materiallarla iş zamanı təhlükəsizlik tələblərinin pozulması göstərilib.
Hadisə nəticəsində xəsarət alan yoxdur.