Ağdərədə mina hadisəsi baş verib.
Den.az APA-ya istinadla bildirir ki, hadisə Ağdərə rayonu ərazisində qeydə alınıb.
Belə ki, Şıxarx qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.