28 
apr
2024
10:57
100
Yuxarı
Ağdamda mina partlayıb - Xəsarət alan var
28 apr, 2024
10:57
100
Ağdamda mina partlayıb - Xəsarət alan var
27 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib.
“Den.az” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.
Qeyd olunub ki, xəsarət alan şəxs - 1994-cü il təvəllüdlü Hüseynov Vidadi Vüqar oğlu idarə etdiyi qreyderlə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Hüseynov Vidadi sağ əlindən xəsarətlər alıb.
Zərərçəkən şəxs rayon xəstəxanasına təxliyə edilib.
Mina partlayışı nəticəsində texnikaya zərər dəyib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Çox oxunanlar