Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.
Bu barədə Den.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, iyulun 22-də, gecə saatlarında naməlum şəxslər 31 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyib, onun 120 manatını və 2 ədəd mobil telefonunu ələ keçirib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 3 nəfər- 22 yaşlı A.Mürsəlov, əvvəllər məhkum olunmuşlar 23 yaşlı P.İmanov və 33 yaşlı M.Mehdiyev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.