Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıb.
Den.az xəbər verir ki, Sabunçu və Nəsimi rayonlarında yerləşən bir mağazadan və bir evdən oğurluqlar edilməsi, nəticədə zərərçəkənlərə ümumilikdə 14 200 manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.
Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı A.Novruzov və 47 yaşlı A.Məmmədova müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Sumqayıt şəhərində yerləşən evlərin birindən 14 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı X.Səfərov, Xəzər rayonunda isə bir nəfərin bank kartından 1835 manatını oğurlamaqda şübhəli bilinən 37 yaşlı B.Abdullayev saxlanılıb.
Araşdırmalar aparılır.
Bu rayonlarda əməliyyat keçirildi - Saxlanılanlar var

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.