Bakıda qətl hadisəsi törədilib.
“Den.az”-ın əldə etdiyi məlumata görə, avqustun 4-ü saat 19 radələrində Türkan qəsəbəsində yerləşən evdə 1979-cu il təvəllüdlü Natiq Quliyev bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən N. Quliyevin həyat yoldaşı 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva tutulub.
Faktla bağlı cinayət işi açılıb.
Hadisənin münaqişə zəminində törədildiyi bildirilir.