Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Den.az"-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Kərimbəyli kənd sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Eldar Səmədov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin və psixotrop maddə - metamfetamin aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq E.Səmədovun yaşadığı ünvana keçirilən baxış zamanı isə yardımçı tikilidən 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Salyanda əməliyyat keçirilib, SAXLANILANLAR VAR-FOTO/VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.