Hacıqabulda polis silsilə əməliyyatlar keçirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Den.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhər sakini Baxşıyev Natiq rayon ərazisində saxlanılıb.
Onun üzərinə baxış zamanı çəkisi 1 kiloqram olan heroin, tiryək və marixuana aşkar edilib.
N.Baxşıyev sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə kuryerlik etdiyini, ondan aşkarlanan narkotikləri pul müqabilində qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Digər əməliyyat tədbirləri zamanı Navahı kənd sakinləri Gözəlov Müşfiq və Əliyev Məhəmməd də saxlanılıblar. Hər iki şəxsdən satış məqsədilə əldə etdikləri heroin, metamfetamin və marixuana aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən son bir ay ərzində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən 21 nəfər saxlanılıb, onlardan 3 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülüb.
Bundan başqa, RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq silah-sursat saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində keçirilən tədbirlər zamanı rayon sakini Şəmsəddin Qasımov da saxlanılıb. Sonuncudan 1 ədəd “F-1” əl qumbarası və 5 ədəd patron aşkarlanaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
Polis silsilə əməliyyatlar keçirdi - Saxlanılanlar var

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.