Hindistanda dəhşətli hadisə baş verib: ata-ana öz üçgünlük körpələrini diri-diri basdırmaq istəyiblər. Hadisəni kənd sakinləri vaxtında görərək uşağı xilas ediblər. DenMedia.az xəbər verir ki, bu barədə The Times of India yazır.
Məlumata görə, körpənin atası dövlət məktəbində müəllim işləyirmiş. Qanun isə ona iki övladdan artıq saxlamağı qadağan edirmiş. Dördüncü uşağın doğulması kişiyə işindən məhrum olmaq təhlükəsi yaradırmış. Bu səbəbdən o, həyat yoldaşı ilə birlikdə körpəni meşəyə apararaq daşların altına qoyub.
Lakin kəndlilər körpənin ağlamaq səsini eşidərək tez daşları qazıb onu ölümdən xilas ediblər. Uşaq dərhal xəstəxanaya çatdırılıb.
Polis 38 yaşlı atanı və 28 yaşlı ananı saxlayıb. Nəşr yazır ki, onlar əvvəllər də üçüncü uşaqlarının doğulmasını hökumətdən gizlədə bilmişdilər.