Kaliforniyada REACH Air Medical şirkətinə məxsus tibbi helikopter qəzaya uğrayıb.
DenMedia.az xəbər verir ki, məlumatı CBS News yayıb. Davis Universitetinin tibb mərkəzindən havaya qalxan helikopter Sakramentoya yaxın ərazidə, avtomobil yoluna düşərək qəzaya uğrayıb.
Sakramento yanğın xidməti bildirib ki, helikopter 50 saylı şossedə, 59-cu küçə yaxınlığında yerə çırpılıb. Hadisə səbəbindən yolun şərq istiqaməti tamamilə bağlanıb.
Təyyarədə olan üç ekipaj üzvü ağır xəsarət alıb və təcili olaraq xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri hazırda araşdırılır.