Fransanın “Milli Birlik” partiyasının lideri və siyasətçi Jordan Bardella Luvrun qarətini “ölkə üçün dözülməz bir alçalma” adlandırıb.
Denmedia.az xəbər verir ki, o, X sosial şəbəkəsində yazıb ki, muzeydə baş verən hadisə ölkədəki tənəzzül səviyyəsini göstərir.
“Luvr bizim mədəniyyətimizin qlobal rəmzidir. Fransız tacının zinət əşyalarının oğurlandığı bu qarət ölkəmiz üçün dözülməz bir alçaltmadır,” – deyə Bardella vurğulayıb.
Məlumata görə, dörd naməlum şəxs Sene çayının təmir üçün bağlanmış sahəsindən muzeyə daxil olub. Onlardan ikisi yük qaldırıcı liftin köməyi ilə ikinci mərtəbədəki Apollon qalereyasına çıxıb, pəncərənin şüşəsini qıraraq içəri girib. Digər iki nəfər aşağıda skuterlərlə onları gözləyirmiş. Bütün əməliyyat cəmi yeddi dəqiqə çəkib.
Qarətçilər Napoleon və imperatriça Evgeniyaya məxsus zinət əşyaları kolleksiyasından doqquz eksponatı aparıblar. Lakin ən iri 140 karatlıq “Regent” almazına toxunmayıblar. Sonradan oğurlanan əşyalardan biri tapılıb — cinayətkarlar nədənsə III Napoleonun həyat yoldaşına məxsus tacı atıblar və ya itiriblər.