DenMedia.az xəbər verir ki, cümə axşamı Avropa Parlamentində Ursula fon der Lyayen başçılıq etdiyi Avropa Komissiyasına etimadsızlıq votumu ilə bağlı iki təşəbbüs üzrə kifayət qədər səs toplanmayıb.
Sağ radikal “Milli Birlik” partiyasının sədri, fransız siyasətçi Jordan Bardella və onun “Avropa uğrunda vətənpərvərlər” fraksiyasından olan həmkarlarının təşəbbüsü 179 “lehinə”, 378 “əleyhinə” səslə dəstəklənib, 37 deputat isə bitərəf qalıb.
İkinci təşəbbüs isə solçu “Qeyri-itaətkar Fransa” partiyasının fransız deputatı Manon Obri və onun qrupuna məxsus olub. Bu təşəbbüs 133 “lehinə”, 383 “əleyhinə” səslə, 78 bitərəf səslə nəticələnib.
Etimadsızlıq votumunun qəbul edilməsi üçün 720 deputatdan ən azı 361-nin iştirakı ilə səsvermədə üçdə iki çoxluq tələb olunurdu.