DenMedia.az xəbər verir ki, Belarusun Minsk vilayətinin Maladeçna şəhər sakini toy hazırlığı çərçivəsində əvvəllər konturları çəkilmiş tatu üzərində işi tamamlamaq qərarına gəlib — ustası isə onun nişanlısı olub. Nəşrin məlumatına görə, iş iki mərhələdə aparılmalı idi, lakin toyadək iki həftədən az vaxt qaldığı üçün bütün seans bir axşamda başa çatdırılıb. Prosedur ev şəraitində, deyil, salonda keçirilib.
Tatu seansından dərhal sonra qızın hərarəti qalxıb, amma o, həkimə müraciət etməyib, sadəcə qızdırmasalıcı içib – bu isə kömək etməyib. İki gün sonra o, qəfil huşunu itirib və xəstəxanaya yerləşdirilib. Həkimlər infeksiya səbəbindən qanda yaranan sepsislə mübarizə aparmağa çalışsalar da, qurtarmaq mümkün olmayıb.
Mütəxəssislər hadisəyə tatu prosedurunun səbəb ola biləcəyini ehtimal edirlər, lakin qızın yaxınları bu versiyaya şübhə ilə yanaşır, çünki məhkəmə-tibbi ekspertizanın nəticələri hələ açıqlanmayıb. Belarusun İstintaq Komitəsi isə araşdırmanın hələ başa çatmadığını əsas gətirərək şərh verməkdən imtina edib.