Xəbər verdiyimiz kimi, Bakıda 20 yaşlı Dərya Ağayeva qarpızdan zəhərlənərək həyatını itirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Den.az-a bildirilib ki, hadisə iyunun 7-də baş verib.
Onun qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edildiyi bildirilib: "Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb".
20 yaşlı qızın tələbə olduğu deyilsə də, "unikal" saytı bu məlumatın doğru olmadığını bildirib.
Məlumata görə, 20 yaşlı gənc soyuducuda olan üç gündən qalma qarpızı yeyib. Bundan bir neçə saat sonra onun vəziyyəti pisləşib. Dərya xəstəxanada vəfat edib.
Məlumata görə, ondan sonra ailədən heç kim həmin qarpızdan yeməyib. Pirsinq və tatu ustası olan gənc qız Saatlı rayonunda dəfn olunub. O, ailənin tək qızı idi. Özündən böyük bir qardaşı var.
Qeyd edək ki, yaxınları onun tələbə olması haqqında yayılan məlumatları təkzib edib.