Yaponiyada məşq qaçışı zamanı ultramarafon iştirakçısına iki qara ayı hücum edib.
Denmedia.az xəbər verir ki, bu barədə The Sun nəşri məlumat yayıb. Hadisə Myoko şəhəri yaxınlığında baş verib.
Ayılardan biri qaçışçının çiynini dişləyərək onun qolunu demək olar ki, qoparıb. Zərərçəkən Billi Həlloranın sözlərinə görə, hücumdan sonra onun qolu yalnız geyimin cırılmış hissələri sayəsində bədəninə birləşmiş halda qalıb.
Şok və çoxlu qan itkisinə baxmayaraq, o, təkbaşına tibbi yardım məntəqəsinə çata bilib.
Həkimlər qolu xilas etmək üçün üç mürəkkəb əməliyyat keçiriblər. Hazırda Həlloranın vəziyyəti stabildir. O, baş verəni “inanılmaz şans” adlandırıb.