Mançesterin Hiton-park yəhudi icmasına aid sinaqoq yaxınlığında insanlara hücum olub, nəticədə dörd nəfər xəsarət alıb.
DenMedia.az xəbər verir ki, bu barədə Böyük Mançester polisi sosial şəbəkə X-də məlumat yayıb.
Polis hadisəni terror aktı kimi qiymətləndirib.
İlkin məlumata görə, şahidlərdən biri naməlum kişinin əvvəlcə avtomobillə insanların üzərinə sürdüyünü, daha sonra isə bıçaqla hücum etdiyini bildirib. Hücumçuya qarşı polis atəş açıb, lakin onun vəziyyəti açıqlanmır.
Yaralılar həm avtomobilin vurması, həm də bıçaq zərbələri nəticəsində xəsarət alıblar. Hadisə yerinə gələn həkimlər dərhal onlara tibbi yardım göstərib.
Mançester meri Endi Bernhem bildirib ki, vəziyyət ciddi olsa da, polisin operativ müdaxiləsi sayəsində şəhər sakinlərinə artıq təhlükə yoxdur.